Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır - Diqqət!
Tarix: 30-03-2022, 09:50 | Çap et
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır - Diqqət!

Bu həftə siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır. Dia.az-ın "Report"a istinadla xəbərinə görə, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər.

Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

İndiyədək isə qeydiyyatda olan 58 partiyadan 24-ü illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Bunlar aşağıdakılardır:

Yeni Azərbaycan Partiyası

Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Ümid Partiyası

Müsavat Partiyası

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

Milli Cəbhə Partiyası (MCP)

“Milli Vəhdət” Partiyası

Böyük Azərbaycan Partiyası

“Qorqud” Partiyası

Böyük Quruluş Partiyası

Azərbaycan Demokratik Maarifçilik Partiyası

Müasir Musavat Partiyası

Azərbaycan Xalq Partiyası

Vətəndaş və İnkişaf Partiyası

Müstəqil Xalq Partiyası (MXP)

“Ana Vətən” Partiyası (AVP)

Demokratik İslahatlar Partiyası

Azərbaycan Tərəqqi Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası

“Ədalət” Partiyası

Milli Dirçəliş Hərəkatı Partiyası

Azərbaycan Liberal Partiyası

Azərbaycan Naminə Alyans Partiyası (ANAP)

Azərbaycan Respublikaçılar Partiyası




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net