Ana Sayfa > Partiya > Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır - Diqqət!
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır - Diqqət!30-03-2022, 09:50. Yazar: admin |
Bu həftə siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır. Dia.az-ın "Report"a istinadla xəbərinə görə, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. İndiyədək isə qeydiyyatda olan 58 partiyadan 24-ü illik maliyyə hesabatını MSK-ya təqdim edib. Bunlar aşağıdakılardır: Yeni Azərbaycan Partiyası Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Ümid Partiyası Müsavat Partiyası Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Milli Cəbhə Partiyası (MCP) “Milli Vəhdət” Partiyası Böyük Azərbaycan Partiyası “Qorqud” Partiyası Böyük Quruluş Partiyası Azərbaycan Demokratik Maarifçilik Partiyası Müasir Musavat Partiyası Azərbaycan Xalq Partiyası Vətəndaş və İnkişaf Partiyası Müstəqil Xalq Partiyası (MXP) “Ana Vətən” Partiyası (AVP) Demokratik İslahatlar Partiyası Azərbaycan Tərəqqi Partiyası Vətəndaş Həmrəyliyi Partiyası “Ədalət” Partiyası Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycan Liberal Partiyası Azərbaycan Naminə Alyans Partiyası (ANAP) Azərbaycan Respublikaçılar Partiyası Geri dön |