"Arif Hacılını tənqid etdiyim üçün Müsavatdan çıxarılmışam"
Tarix: 10-02-2016, 10:06 | Çap et
"Arif Hacılını tənqid etdiyim üçün Müsavatdan çıxarılmışam"
Müsavatın Binəqədi rayon təşkilatının sədrinin gənclərlə iş üzrə müavini Şamil Beydullayev partiya sıralarından xaric edilib.

Bu barədə Ş.Beydullayevin özü məlumat verib. O deyib ki, partiyadan xaric olunması ilə bağlı qərarı Müsavat Mərkəzi Nəzarət-Təftiş Komissiyası çıxarıb.

Ş.Beydullayev partiyadan çıxarılmasını Müsavatın hazırkı başqanı Arif Hacılını tənqid etməsi ilə əlaqələndirib: "Sosial şəbəkələrdə Arif Hacılının yürütdüyü siyasəti tənqid edirdim. Ona görə də məni partiyadan xaric etdilər".

"Arif Hacılını tənqid etdiyim üçün Müsavatdan çıxarılmışam"

Qeyd edək ki, Ş.Beydullayev başqanlığa sabiq namizəd Tural Abbaslının təsis etdiyi "Ağ blok"da təmsil olunur. Məlumata görə, yay aylarına qədər qurultay keçiriləcək və blok partiyaya çevriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net