Ana Sayfa > Partiya > "Arif Hacılını tənqid etdiyim üçün Müsavatdan çıxarılmışam"
"Arif Hacılını tənqid etdiyim üçün Müsavatdan çıxarılmışam"10-02-2016, 10:06. Yazar: admin |
![]() Müsavatın Binəqədi rayon təşkilatının sədrinin gənclərlə iş üzrə müavini Şamil Beydullayev partiya sıralarından xaric edilib. Bu barədə Ş.Beydullayevin özü məlumat verib. O deyib ki, partiyadan xaric olunması ilə bağlı qərarı Müsavat Mərkəzi Nəzarət-Təftiş Komissiyası çıxarıb. Ş.Beydullayev partiyadan çıxarılmasını Müsavatın hazırkı başqanı Arif Hacılını tənqid etməsi ilə əlaqələndirib: "Sosial şəbəkələrdə Arif Hacılının yürütdüyü siyasəti tənqid edirdim. Ona görə də məni partiyadan xaric etdilər". ![]() Qeyd edək ki, Ş.Beydullayev başqanlığa sabiq namizəd Tural Abbaslının təsis etdiyi "Ağ blok"da təmsil olunur. Məlumata görə, yay aylarına qədər qurultay keçiriləcək və blok partiyaya çevriləcək. Geri dön |