300 məktəbdə koronavirusa qarşı nəzarət tədbirləri yoxlanılıb
Tarix: 14-12-2021, 12:24 | Çap et
300 məktəbdə koronavirusa qarşı nəzarət tədbirləri yoxlanılıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yerləşən 300 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, monitorinqin məqsədi ümumi təhsil müəssisələrində giriş-çıxış və sanitar-gigiyena qaydalarına əməl edilməsi vəziyyəti, koronavirusa qarşı aparılan operativ nəzarət və maarifləndirmə, xəstəlik daşıyıcıları ilə bağlı görülən tədbirlər, həmçinin yeməkxana, kitabxana, idman zalı və məktəbdaxili infrastrukturdan istifadəyə dair tələblərə əməl olunma səviyyəsinin yoxlanılmasıdır.

Məktəblər üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən müəssisələrdə bu istiqamətdə işin daha yaxşı təşkili ilə bağlı tövsiyə və göstərişlər verilib.

Qeyd edək ki, monitorinq təhsil nazirinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqin aparılması barədə” əmrinin tələblərinə uyğun olaraq həyata keçirilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net