Ana Sayfa > Ölkə > 300 məktəbdə koronavirusa qarşı nəzarət tədbirləri yoxlanılıb
300 məktəbdə koronavirusa qarşı nəzarət tədbirləri yoxlanılıb14-12-2021, 12:24. Yazar: admin |
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yerləşən 300 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, monitorinqin məqsədi ümumi təhsil müəssisələrində giriş-çıxış və sanitar-gigiyena qaydalarına əməl edilməsi vəziyyəti, koronavirusa qarşı aparılan operativ nəzarət və maarifləndirmə, xəstəlik daşıyıcıları ilə bağlı görülən tədbirlər, həmçinin yeməkxana, kitabxana, idman zalı və məktəbdaxili infrastrukturdan istifadəyə dair tələblərə əməl olunma səviyyəsinin yoxlanılmasıdır. Məktəblər üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən müəssisələrdə bu istiqamətdə işin daha yaxşı təşkili ilə bağlı tövsiyə və göstərişlər verilib. Qeyd edək ki, monitorinq təhsil nazirinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqin aparılması barədə” əmrinin tələblərinə uyğun olaraq həyata keçirilib. Geri dön |