
Gəncə Dövlət Universitetin müəllimi Fikrət Hacıyev Vertikal.az-a ilginc ittihamlarla zəngin bir material təqdim edib. Həmin materialı diqqətinizə çatıdırıq:
GDU-nun fizika kafedrasının baş müəllimiyəm. Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə MEİ-nin elektron texnikası fakültəsinə qəbul olunmuşam və həmin institutu 1982-ci ildə fərqlənmə diplomu ilə bitirmişəm. Tələbə illərində adım bir neçə dəfə Heydər Əliyevin çıxışlarında çəkilib. Son 25 il ərzində GDU-da işləyirəm. Xocalı soyqırımından sonra könüllü milli orduya gedən tək GDU əməkdaşıyam. Son 12 il ərzində MTN-də güclü adamı olan kafedra müdirim Zakir Zeynalov məni döydürüb, söydürüb, civə ilə zəhərlədib və işdən qovdurub. Bundan sonra keçirdiyim aclıq aksiyaları ilə faktiki olaraq ölüb dirilmişəm. 52 günlük aclıq aksiyasından 4 ilə yaxın keçməsinə baxmayaraq hələ də sağlamlığım bərpa olunmayıb (məhkəmə qərarı çıxsa da, 17 aylıq əmək haqqımı vermirlər ki, işsiz qaldığım müddətdə yığılan borclarımı qaytarım və müalicə olunum). Dəfələrlə MTN-nin keçmiş naziri Eldar Mahmudov cənablarına kafedra müdirim haqqında şikayət etsəm də bu şəxs haqqında heç bir tədbir görülmür, əvəzində Zakir müəllim bu əməllərin MTN-nin göstərişi ilə etdiklərini bildirir.
Xahiş eirəm bunları nəzərə alıb, MTN-də Zakir Zeynalovu kimin təlimatlandırdığı və müdafiə etdiyini müəyyənləşdirib, bu şəxslərin əməllərinə hüquqi qiymət verəsiniz. Həbs olunan MTN generalı Teymur Quliyev Zakir Zeynalovun yerlisidir. Hər bir imkandan istifadə edə bilən (pis məqsədlər üçün) Zakir Zeynalov üçün belə imkandan istifadə edilməməsi qeyri-mümkün görünür. Bu şəxslərin başıma gətirdiklərini Sizə daha aydın göstərmək üçün keçmiş nazir Eldar Mahmudov cənablarına 22.05.2015 tarixində yazdığım bir müraciətin surətini Sizə göndərirəm. Bu müraciətimə hələ də cavab almamışam (müraciətdə adıma olan e-mail ünvanına düzəliş etmişəm, mənim adıma [email protected] ünvanından istifadə edib, məni şantaj etmək istəyirdilər). Xahiş edirəm kömək edin!
Qoşma:
Fikrət Hacıyev
22 мая
кому: cpr, office, Office
Möhtərəm Eldar müəllim! Təəssüf ki, Sizə eyni iş haqqında yazdığım
3-cü müraciətimdir. 12 ildən çoxdur ki, kafedra müdirim .Zakir
Zeynalov bütün vasitələrlə məni kafedradan uzaqlaşdırmağa çalışır. Bu
elmlə heç bir əlaqəsi olmayan rüşvətxor məmur üçün heç bir müqəddəs
şey yoxdur. Dəfələrlə Sizə onun başıma gətirdiyi işlər barəsində
yazsam da, ona indiyə kimi güldən ağır söz deyən tapılmayıb. Sizə
göndərdiyim müraciətlərə cavab olaraq MTN-nin Göygöl rayon şöbəsinə
dəvət olunub, bir neçə gün gözləməyimi məsləhət gördülər. Bundan sonra
isə Zakir Zeynalov hər vasitə ilə məni əsəbiləşdirib, sıradan
çıxarmağa çalışır. Elə təəssürat yaranır ki, sanki MTN-dən bu şəxsə
tapşırılıb ki, şikayətlərimi geri götürmək üçün məni susdursun.
Əvvəllər də bu şəxsin MTN ilə əlaqəsi olduğunun şahidi olmuşam. Belə
ki, 2006-cı ildə Sizə 114-cü otaqda termometrin qırılması ilə əlaqədar
civənin döşəməyə tökülməsi ilə müraciətimdən sonra mən MTN-nin Gəncə
şöbəsinə dəvət olunmuşdum. Bunu Zakir Zeynalov mənə 27 fevral 2006-cı
il nahar fasiləsi zamanı bildirdi. Sonra mövzunu dəyişdirərək, onsuz
da hamı bilir ki, Xocalı soyqırımını Heydər Əliyev hakimiyyətə gəlmək
üçün təşkil etdirib dedi. MTN-nin Gəncə şöbəsinə gedəndə, hər dəfə
Zakir Zeynalovun adını çəkən kimi telefon "təsadüfən" zəng etməyə
başladı və hörmətli məmur uzun müddət kiminləsə danışdı. Mən yorğun
olduğumdan və əsəblərim gərgin vəziyyətdə olduğundan şərti refleks
kimi, daha Zakir müəllimin adını çəkə bilmədim. Ancaq çox illər sonra
başa düşdüm, bu Zakir müəllimi müdafiə etmək üçün qəsdən təşkil
olunmuş bir oyun imiş. Şikayətimdən sonra da mənimlə birlikdə yüzlərlə
tələbənin zəhərlənməsini təşkil etdirən bu şəxsə heç nə olmadı.
Möhtərəm Eldar müəllim! Doğrudan da Zakir Zeynalov MTN üçün belə
qiymətli kadrdırsa, onu nazirliyinizdə işə götürüb, GDU-nu bu bəladan
xilas etməyi xahiş edirəm. Bu illər ərzində hörmətli Zakir müəllim
daha ehtiyatlı olub, indi nədənsə belə nifrət etdiyi Heydər Əliyev
haqqında daha özü deyil, əlaltıları vasitəsi ilə biabırçı şeylər
yayır. Belə ki, bu yaxınlarda, onun yerlisi Elçin Cavadov kafedramızda
Heydər Əliyevin guya özünə rəhmət oxutması üçün oğluna verdiyi
biabırçı məsləhət haqqında danışdı.
Bundan başqa 29.05.2015 tarixində mənimlə GDU arasında 14-cü
məhkəmə prosesei başlayacaq, ancaq hələ də GDU-nun hüquqşünası Günay
Şirinovanın guya BDU-nun hüquq fakültəsini bitirdiyini və onun
diplomunun saxtalığı barəsində mənə heç bir məlumat verilməyib. Bundan
başqa prosesə sədrlik edəcək möhtərəm Rəhman Muradovun qanunsuz
qətnaməsinə etiraz edərək 52 günlük aclıq aksiyası keçirməklə demək
olar ki, ölmüşdüm. İndi bu hakim yenidən məni öldürməlidirmi? Hakimə
etiraz etsəm də, məhkəmə prosesi yenə də uzanacaq və Gəncə Apellyasiya
Məhkəməsində demək olar ki, bütün hakimlər mənim işə bərpa və itirilən
əmək haqqı iddialarıma, GDU-nun isə işgüzar nüfuzun müdafiəsi və
təkzib iddiasına baxarkən qanunları kobud şəkildə pozublar.
Möhtərəm Eldar müəllim! Bunları nəzərə alaraq, 12 ildən artıq
GDU-nun Xocalı soyqırımından sonra könüllü milli orduya gedən tək
əməkdaşı kimi məni işdən uzaqlaşdırmağa çalışan Zakir Zeynalovun mənim adıma olan
[email protected] e-mail ünvanından özünün dediyi kimi Elxan
İsmayılovun yaydığı biabırçı məlumatların kimin tərəfindən
yayıldığının aşkar olunmasına, Şirinova Günay Cahangir qızının
diplomunun həqiqiliyinin araşdırılmasına və 3 ilə yaxındır ki, Gəncə
məhkəmələrində mənə qarşı baş verilən ciddi qanun pozuntularının kimin
tərəfindən təşkil olunduğunun araşdırılmasına sərəncam verməyinizi
xahiş edirəm.
P.S. Mənim adıma olan e-mail ünvanından Elxan İsmayılov tərəfindən
(Zakir müəllimin dediyinə görə) yayılan məqaləni müraciətimə əlavə
edirəm.
P.P.S. Bir də Zakir Zeynalovun Heydər Əliyevə qarşı patoloji nifrət
hissinin səbəbi çox maraqlıdır. Məncə bunun ciddi bir səbəbi var :-)
Gəncə Dövlət Universitetində təhsilin son dərəcə acınacaqlı bir
vəziyyətdə olması yerli ictimaiyyəti təşviş içərisində saxlayır
Bölmə: : Təhsil Yayım tarixi :19-03-2015, 22:20
Bu gün ölkənin təhsil sistemində çalışan bəzi məmurlar sadəcə,
dövlətimizin təhsil strategiyasının ziddinə gedə bilmədikləri üçün
üzdə bu islahatları dəstəkləyir, əslində isə onları iflasa uğratmaq
üçün var qüvvələri ilə çalışırlar. Bəs görəsən hansı səbəbdən bu
mütərəqqi proseslərin həyata keçirilməsinə görə məsul olan vəzifələrə,
bəzən onları əngəlləyəcək insanlar təyin olunurlar? Belələrinin
əməlləri açıq-aşkar islahatların əleyhinə yönəldiyi halda, onları heç
kəs cəzalandırmır.
Müəllim ən möhtəşəm ehramları, ən uca minarələri ucaldıb yaradan
memarlara bənzəyir. Lakin onun ucaltdığı sal daşlar deyil, canlı
insanlardır. Diqqət etsək ən böyük rəhbərlərin, dövlət xadimlərinin,
ən böyük ədib və şairlərin, sərkərdələrin, alimlərin ilk rəhbəri, elm
yolunun nuru, ziyası müəllimlərdir. Həqiqi müəllim zəif uşaqda belə,
müsbət nöqtəni tapıb, onu inkişaf etdirən, işıqlandırandı. Xüsusən ali
təhsil ocaqlarının müəllimləri tələbələrin təlim-tərbiyə sahəsində ilk
bünövrə daşlarını yaradanlardır. Bu daşlar nə qədər düzgün qoyularsa,
tələbələrin də təhsili və əxlaqı heç zaman əyilmədən ucalacaqdır.
Xalqxeber.Az xəbər verir ki, bir il bundan öncə mart ayının 7-də
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Gəncə
Dövlət Universitetinin rektoru Yusif Yusibov təyin edildi. Yeni
təyinat alan Yusif Yusibov dərhal özünün qeyd etdiyi kimi Təhsil
Nazirliyinə verdiyi 1 milyon manat rüşvəti çıxartmaq üçün
rüşvətxorluğa başladı. Maraqlıdır, axı bu gün ölkə rəhbəri
səviyyəsində rüşvət və onu əmələ gətirən amillərə qarşı hamılıqla
mübarizənin aparıldığı bir vaxtda, Gəncə Dövlət Universitetinin
rektoru hansı səbəbdən mübarizəyə qoşulmur və əksinə, hətta rüşvət
faktorunun tuğyan etməsi üçün lazım olan şəraiti belə yaradır? Bax bu
hal olduqca həm qorxulu, həm də diqqəti cəlb edən andır.
Aradan çox az bir müddət keçdikdən sonra GDU-da yeganə islahatların
məhz elə kadr dəyişikliklərindən ibarət olacağı artıq hamıya aydın
oldu. İlk növbədə bu “islahatlar” universitetin professor-müəllim
heyətinə güclü zərbə endirməklə diqqəti cəlb etdi. GDU-ya rektor təyin
olunandan dərhal sonra Yusif Yusibov GDU tələbələrinin dili ilə desək
“köhnə bazara yeni qiymətlər” də daxil etdi – bir imtahanın pulunu
30-40 manatdan 150 manata qədər qaldırdı, tədrisə nəzarət və
monitorinq komissiyaları yaradaraq xoşu gəlməyən müəllimləri
cəzalandırmağa başladı. Universitetdə öz sözünü deyən, bir neçə
demaqoq müəllimi isə rektor Y.Yusibov pulla ələ alıb. Belə ki,
aldığımız məlumata görə professor Ş.Tağıyevə, dosent M. Mustafayevə,
dosent E.Cavadova, dosent E.İsmayılova, dosent A.Əhmədovaya hər
imtahan sessiyası yekunlaşdıqdan sonra 3000 manat konvert verirlər ki,
səslərini çıxartmasınlar. Bir sözlə, Gəncə Dövlət Universitetində
artıq adi hala çevrilmiş özbaşınalıqların sonu görünmür.
Xalqxeber.Az-a daxil olan məlumata görə, GDU-da pulyığma sessiyasının
ən önəmli fiqurlarından biri də Gəncə Dövlət Universitetində Vaska
kimi tanınan Vasif Həsənovdur. GDU-da komputer və proqramlaşdırma
işləri onun inhisarındadır. Semestr imtahanlarının böyük hissəsi test
üsulu ilə kompyuterlə verildiyinə görə, komputerlə test imtahanlarını
o idarə edir. İmtahana pul vermiş tələbələrin qiymətləri Vasif
Həsənovun xüsusi məharəti ilə düzəlir. Ələddinin sehirli çırağı olduğu
kimi, Həsənov Vasifin də həmişə əlində
gəzdirdiyi sehirli notbuku var. İmtahana girən tələbə monitorun önündə
düz cavabları tapıb qaralaya bilməsə də, Vasif Həsənovun noutbukdakı
sehirli düymələri bu işi yerinə yetirir. Vasif Həsənov sessiya
müddətində “imtahan serveri”nə girib bir-bir düz cavabları
qaralayır.Hətta pul almaq məqsədilə tələbənin kompüterdə seçdiyi dogru
cavabı da dəyişdirib yanlış cavabla əvəz edir, tələbə heç nə sübut edə
bilmir,kəsilir və son nəticə də rüşvət verməyə məcbur olur. Beləcə
savadlı kadrlar yetişdirmək amacımızı, körpə fidanlarımızın
universitetə, təhsilimizə, haqqa, ədalətə inamını qaralayır. Məhz
Vasif Həsənovun möcüzəsi ilə kompyuter vasitəsilə test imtahanları
verib qeyri-kafi almış tələbələrin qiymətləri verdikləri pulun
məbləğinə uyğun olaraq elə həmin gün düzəlir. Təhsil Nazirliyinin
yüksək diqqətinə çatdırırıq ki, bunu sadə üsulla yoxlamaq olar.
Təlimata görə, tələbələrin cavabları bir semestr saxlanmalıdır. O test
cavablarına baxmaq kifayətdir. Yaxud ixtiyari seçilmiş tələbələr
yenidən eyni fənn üzrə imtahan versə əvvəlki nəticə çətin ki, alına.
Başqa yollar da var...
Tələbənin təhsil almaq, elmə yiyələnmək arzusunu məhz Vasif Həsənov
davamlı şəkildə məhv edir. Vasif həsənov GDU-da təhsilimizin,
millətimizin qəsdinə duran baltadır. Yusif Yusifovun baltası...
Universitetdə hamı onun nənəsinin erməni olduğunu bilir. Mikayıl
Cabbarovun nəzərlərindən iraq yazıq təhsilimizə isə, gör, kimlər
kimlərin əli ilə balta çalır?!
Universitetin 5-ci korpusunun 5 hektaradək ərazisi var.Bu ərazinin
təqribən 2 hektarı Maşın təmiri sexlərinə,Maşın yumaq üçün
moykaya,çayxanaya və bir neçə magazaya satılıb.Maraqlıdır,bura
universitetin ərazisidir,heç kimin ixtiyarı yoxdur ki,həmin ərazini
satsın.Mikayıl Cabbarovun gözləri bunu görmür,yoxsa Yusif Yusibova
görə bunlara göz yumur.Görəsən bu biabırçılıqlara son qoyan
tapılacaqmı???
İstər korrupsiya hallarına qarşı mübarizəni həyata keçirməyə məsul
olan qurumlar, istərsə də Təhsil Nazirliyi GDU-nun rəhbərliyinə qarşı
ölçü götürməkdə acizlik nümayiş etdirirlər. Təbii ki, bu acizlik heç
də adı çəkilən qurumların fəaliyyətsizliyindən irəli gəlmir. Sadəcə
olaraq bu ali təhsil müəssisəsində bütün işlər
o dərəcədə qarışığa salınıb ki, onlardan baş açmaq son dərəcə
çətindir.Ya da baş açmaq istəmirlər.
Məlumdur ki, bir il bundan öncə Yusif Yusibov Gəncə Dövlət
Universitetinin rektoru təyin edilmişdir. O əvvəllər AKTA-da və Bakı
Dövlət Universitetində işlədiyindən kollektivi yaxşı tanımır. Bu
səbəbdən onun vəzifəyə təyin etdiyi şəxslərin müəyyən hissəsi buna
layiq olmayan adamlardır. Belə simalardan biri də 75 illik yubileyi
ümumşəhər miqyasında təntənə ilə qeyd edilən Əliqıllı Quliyevdir.
O,Əlıqıllı Quliyevi Etika komissiyasının və Tədrisə nəzarət
komissiyasının sədri təyin etmiş və professor olmaya-olmaya GDU-nun
fəxri professoru adini vermişdir. Halbuki elmi adlar Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən
verilir. Əslində bu elm oğrusu rəhmətə getmiş Ağa müəllimin elmi
əlyazmalarını ogurlayıb öz adına kitab kimi ( “Riyazi məntiq və
alqoritmlər nəzəriyyəsi”, “Bul cəbri və alqoritmlər nəzəriyyəsi”) nəşr
etdirmişdir. Əliqıllı Quliyev ixtisası olmasa belə universitetdə
müxtəlif müəllimlərin acıq dərsinə girib pul yığmaqla məşğuldur.Bu
açıq dərsləri isə tələbələr hamısı ələ salır və deyirlər ki, onsuz da
hər imtahanın,hər kollekviumun öz qiyməti var,bəs bu şoular nəyə
lazımdır?Bu adamın ixtisası olmasa belə dərsin gedişində pedaqoji
etikaya zidd olaraq tələbənin yanında müəllimə irad tutub,onun
dediklərinə "düzəliş" edir,müəllimləri açıq dərsinə qiymət yazmayacağı
ilə hədələyir.Daha sonra köməkçiləri Cəfər müəllimi,Tahir Ələkbərovu
açıq dərs keçən müəllimlərin yanına göndərir və deyir ki,öyrən gör
nəyi var.Belə açıq dərslərin qiyməti isə 150-200 manat arasındadır.
Əliqıllı Quliyev hələ dekan işlədiyi vaxtda öz fakültəsinin işçisi
Nazlı adlı xanımla (o hazırda fakültədə operator işləyir) öz
kabinetində biabırçı eşq səhnəsı yaşayarkən binanın komendantı
tərəfindən yaxalamışdılar. Bunu universitetin 2-ci korpusunda hamı
bilir.
1987-1988-ci illərdə o, riyaziyyat fakültəsinin tələbə həmkarlar
təşkilatının sədri olan Şəhla adlı tələbə qızı zorlamışdı. Verdiyi
rüşvətin hesabına canını qurtardı, həmin qız isə hal-hazırda Gəncədəki
mötəbər şəxslərdən birinin həyat yoldaşıdır. Amma indi bu adam bu
gözəl kollektivə etika öyrədir. Görünür nahaq yerə
deməyiblər: “Müsibət oluruq biz, səhv düşəndə GDU-dakı yerlərimiz”.
İndi bu adam koridorlarda hamiya fəxrlə deyir: "getdim Bakiya
universitetdən yazan saytlarin ağzına p..u qoydum. Mətbuat şurasına
verib 4 saytı bağlatdım". Bu adamın etikası, tərbiyəsi dediyi bu
sozlərdən görünür. Hələ cavan vaxtı GDU-da muəllim işləyəndə pambıq
yıgımı zamanı o, daha bir tələbəsini də zorlamışdı. Əliqıllı müəllimin
toy günü qarabəxt eylədiyi bəyin ad-familiyasını Sizə yazırıq. Bu bəy
Gəncə şəhər sakini Əhmədov Nadir Ramazan oğludur. Gəlinin adını isə
etik səbəblərə görə yazmırıq,onu universitetdə hamı tanıyır.Toy gecəsi
gəlinin başını qırxıb döyə-döyə atası evinə qaytardılar. O vaxt
ekspertiza ilə və qızın ifadəsi ilə bunun öz müəllimi Əliqıllı
tərəfindən edildiyi tam sübut olundu. Qız riyaziyyat fakültəsinin
tələbəsi idi və 1980-ci illərin pulu ilə 70000 manat pulla Əliqıllı
canını qurtardi. Hələ 1964-cü ildə Yevlax rayonunun Xaldan kəndində
orta məktəbdə müəllim işləyəndə də öz şagirdini zorlama və xuliqanlıq
üstündə həbs olunmuş və bir neçə il həbsdə yatmışdı. Amma hansısa
naməlum sehrli əlin sayəsində həbsdən çıxıb yenidən pedaqoq oldu və
həmin ƏLİQILLI İNDİ ETİKA KOMİSSİYASİNA SƏDRLİK EDİR. Bu adamı hamı
taniyir və universitetin adına ləkə gətirir. 5-6 il bundan qabaq öz
işçisı ilə öz kabinetində intim münasibətdə olan, tələbələrini
zorlayan bir qadın düşkünü ziyalı kollektivinə necə etika öyrədə
bilər?! Bir necə il bundan əvvəlin söhbətidir. Əliqıllı dekan seçilmək
istəyirdi. Namizədlər isə Müəllimlər Universitetinin Zaqatala
filialıinin indiki direktoru O. Rzayev və Əliqıllı Quliyev idi. Dram
teatrda kecirilən tədbir zamani Əliqılllı müəllimim gətirdiyi keçmiş
məhbəs yoldaşları - "vor zakonlar" orada tedbirde iştirak edən keçmiş
rektor Məmmədov Elman İdris oglunu hədələyərək dedilər ki Əliqulu
dekan seçılməlidir. Bunu tədbirdə hamı gördü. Elman müəllim də
qorxusundan onu dekan secdirdi.
GDU-da hamı onu da bilir ki, 1993-1995-ci illər arası onun həyət evi
yananda evin damında külli-miqdarda silah- sursat tapılmışdı. Çünki bu
pedaqoq o vaxt Surət Hüseynovun qoçu dəstələri ilə sıx bağlı idi.
Sonradan ört-basdır edilmiş həmin silah-sursat məsələsini hüquq
mühafizə orqanları araşdırsalar, daha yaxşı olar.
Universitetdə görkəmli alimlərin, adlı-sanlı müəllimlərin yubileyini
kecirməyə xəsislik edən Y.Yusibov həmin Əliqıllı Quliyevə bu gün- 19
martda 75 illiklə bağlı yubiley keçirir. Amma 50 ildən artıq GDU-da
elmi-pedaqoji fəaliyyət göstərən, uzun müddət müxtəlif vəifələrdə, o
cümlədən kafedra müdiri işləyən və 2 dəfə fakültə dekanı seçilmiş,
hazırda ictimai vəzifə daşıyaraq, universitet üzrə mötəbər quruma
rəhbərlik edən hörmətli bir alimin 75 illik yubileyini keçirtmir, “mən
bura yubiley keçirtməyə gəlməmişəm” deyir. Ə.Quliyevin "xidmətlərini"
isə biz yuxarıda yazdıq.Yubiley iclasında elə sözlər danışdılar ki,biz
bir çox mətləblərdən xəbərsiz olduğumuzu gördük.Sən demə "Azərbaycanda
riyaziyyat elminin əsasını qondarma professor,dosent Əliqıllı Quliyev
qoyubmuş".Maraqlı burasıdır ki,Yusif Yusibov Gəncə şəhər icra
hakimiyyətinin başçısı Elmar Vəliyevi də hədiyyələri ilə birgə GDU-da
keçirilən bu yubiley tədbirində iştirak etməyə razı sala
bilib.Universitetdə hamıya məlumdur ki, Ə.Quliyev universitetdəki
vəziyyətlə bağlı Elmar Vəliyevə donos verir və vaxtilə keçmiş rektor
Elman Məmmədovun da quyusunu bu danoslarla qazdı.Rektor da bu səbəbdən
Əliqullu müəllimdən ehtiyat edir və onun nazı ilə oynayır.Görünür
dosent Ə.Quliyevin yuxarıda sadaladığımız xidmətlərini qiymətləndirmək
lazımdır.Təhsil nazirliyi isə bütün bu məsələlərdən xəbərdar olsa belə
hələlik susur......