Ana Sayfa > Manşet > Heydər Əliyev əleyhinə böhtanlar yayan Zakir Zeynalovu MTN-də kim müdafiə edir?
Heydər Əliyev əleyhinə böhtanlar yayan Zakir Zeynalovu MTN-də kim müdafiə edir?24-10-2015, 13:00. Yazar: admin |
![]() Gəncə Dövlət Universitetin müəllimi Fikrət Hacıyev Vertikal.az-a ilginc ittihamlarla zəngin bir material təqdim edib. Həmin materialı diqqətinizə çatıdırıq: GDU-nun fizika kafedrasının baş müəllimiyəm. Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə MEİ-nin elektron texnikası fakültəsinə qəbul olunmuşam və həmin institutu 1982-ci ildə fərqlənmə diplomu ilə bitirmişəm. Tələbə illərində adım bir neçə dəfə Heydər Əliyevin çıxışlarında çəkilib. Son 25 il ərzində GDU-da işləyirəm. Xocalı soyqırımından sonra könüllü milli orduya gedən tək GDU əməkdaşıyam. Son 12 il ərzində MTN-də güclü adamı olan kafedra müdirim Zakir Zeynalov məni döydürüb, söydürüb, civə ilə zəhərlədib və işdən qovdurub. Bundan sonra keçirdiyim aclıq aksiyaları ilə faktiki olaraq ölüb dirilmişəm. 52 günlük aclıq aksiyasından 4 ilə yaxın keçməsinə baxmayaraq hələ də sağlamlığım bərpa olunmayıb (məhkəmə qərarı çıxsa da, 17 aylıq əmək haqqımı vermirlər ki, işsiz qaldığım müddətdə yığılan borclarımı qaytarım və müalicə olunum). Dəfələrlə MTN-nin keçmiş naziri Eldar Mahmudov cənablarına kafedra müdirim haqqında şikayət etsəm də bu şəxs haqqında heç bir tədbir görülmür, əvəzində Zakir müəllim bu əməllərin MTN-nin göstərişi ilə etdiklərini bildirir. Xahiş eirəm bunları nəzərə alıb, MTN-də Zakir Zeynalovu kimin təlimatlandırdığı və müdafiə etdiyini müəyyənləşdirib, bu şəxslərin əməllərinə hüquqi qiymət verəsiniz. Həbs olunan MTN generalı Teymur Quliyev Zakir Zeynalovun yerlisidir. Hər bir imkandan istifadə edə bilən (pis məqsədlər üçün) Zakir Zeynalov üçün belə imkandan istifadə edilməməsi qeyri-mümkün görünür. Bu şəxslərin başıma gətirdiklərini Sizə daha aydın göstərmək üçün keçmiş nazir Eldar Mahmudov cənablarına 22.05.2015 tarixində yazdığım bir müraciətin surətini Sizə göndərirəm. Bu müraciətimə hələ də cavab almamışam (müraciətdə adıma olan e-mail ünvanına düzəliş etmişəm, mənim adıma [email protected] ünvanından istifadə edib, məni şantaj etmək istəyirdilər). Xahiş edirəm kömək edin! Qoşma: Fikrət Hacıyev 22 мая кому: cpr, office, Office Möhtərəm Eldar müəllim! Təəssüf ki, Sizə eyni iş haqqında yazdığım 3-cü müraciətimdir. 12 ildən çoxdur ki, kafedra müdirim .Zakir Zeynalov bütün vasitələrlə məni kafedradan uzaqlaşdırmağa çalışır. Bu elmlə heç bir əlaqəsi olmayan rüşvətxor məmur üçün heç bir müqəddəs şey yoxdur. Dəfələrlə Sizə onun başıma gətirdiyi işlər barəsində yazsam da, ona indiyə kimi güldən ağır söz deyən tapılmayıb. Sizə göndərdiyim müraciətlərə cavab olaraq MTN-nin Göygöl rayon şöbəsinə dəvət olunub, bir neçə gün gözləməyimi məsləhət gördülər. Bundan sonra isə Zakir Zeynalov hər vasitə ilə məni əsəbiləşdirib, sıradan çıxarmağa çalışır. Elə təəssürat yaranır ki, sanki MTN-dən bu şəxsə tapşırılıb ki, şikayətlərimi geri götürmək üçün məni susdursun. Əvvəllər də bu şəxsin MTN ilə əlaqəsi olduğunun şahidi olmuşam. Belə ki, 2006-cı ildə Sizə 114-cü otaqda termometrin qırılması ilə əlaqədar civənin döşəməyə tökülməsi ilə müraciətimdən sonra mən MTN-nin Gəncə şöbəsinə dəvət olunmuşdum. Bunu Zakir Zeynalov mənə 27 fevral 2006-cı il nahar fasiləsi zamanı bildirdi. Sonra mövzunu dəyişdirərək, onsuz da hamı bilir ki, Xocalı soyqırımını Heydər Əliyev hakimiyyətə gəlmək üçün təşkil etdirib dedi. MTN-nin Gəncə şöbəsinə gedəndə, hər dəfə Zakir Zeynalovun adını çəkən kimi telefon "təsadüfən" zəng etməyə başladı və hörmətli məmur uzun müddət kiminləsə danışdı. Mən yorğun olduğumdan və əsəblərim gərgin vəziyyətdə olduğundan şərti refleks kimi, daha Zakir müəllimin adını çəkə bilmədim. Ancaq çox illər sonra başa düşdüm, bu Zakir müəllimi müdafiə etmək üçün qəsdən təşkil olunmuş bir oyun imiş. Şikayətimdən sonra da mənimlə birlikdə yüzlərlə tələbənin zəhərlənməsini təşkil etdirən bu şəxsə heç nə olmadı. Möhtərəm Eldar müəllim! Doğrudan da Zakir Zeynalov MTN üçün belə qiymətli kadrdırsa, onu nazirliyinizdə işə götürüb, GDU-nu bu bəladan xilas etməyi xahiş edirəm. Bu illər ərzində hörmətli Zakir müəllim daha ehtiyatlı olub, indi nədənsə belə nifrət etdiyi Heydər Əliyev haqqında daha özü deyil, əlaltıları vasitəsi ilə biabırçı şeylər yayır. Belə ki, bu yaxınlarda, onun yerlisi Elçin Cavadov kafedramızda Heydər Əliyevin guya özünə rəhmət oxutması üçün oğluna verdiyi biabırçı məsləhət haqqında danışdı. Bundan başqa 29.05.2015 tarixində mənimlə GDU arasında 14-cü məhkəmə prosesei başlayacaq, ancaq hələ də GDU-nun hüquqşünası Günay Şirinovanın guya BDU-nun hüquq fakültəsini bitirdiyini və onun diplomunun saxtalığı barəsində mənə heç bir məlumat verilməyib. Bundan başqa prosesə sədrlik edəcək möhtərəm Rəhman Muradovun qanunsuz qətnaməsinə etiraz edərək 52 günlük aclıq aksiyası keçirməklə demək olar ki, ölmüşdüm. İndi bu hakim yenidən məni öldürməlidirmi? Hakimə etiraz etsəm də, məhkəmə prosesi yenə də uzanacaq və Gəncə Apellyasiya Məhkəməsində demək olar ki, bütün hakimlər mənim işə bərpa və itirilən əmək haqqı iddialarıma, GDU-nun isə işgüzar nüfuzun müdafiəsi və təkzib iddiasına baxarkən qanunları kobud şəkildə pozublar. Möhtərəm Eldar müəllim! Bunları nəzərə alaraq, 12 ildən artıq GDU-nun Xocalı soyqırımından sonra könüllü milli orduya gedən tək əməkdaşı kimi məni işdən uzaqlaşdırmağa çalışan Zakir Zeynalovun mənim adıma olan [email protected] e-mail ünvanından özünün dediyi kimi Elxan İsmayılovun yaydığı biabırçı məlumatların kimin tərəfindən yayıldığının aşkar olunmasına, Şirinova Günay Cahangir qızının diplomunun həqiqiliyinin araşdırılmasına və 3 ilə yaxındır ki, Gəncə məhkəmələrində mənə qarşı baş verilən ciddi qanun pozuntularının kimin tərəfindən təşkil olunduğunun araşdırılmasına sərəncam verməyinizi xahiş edirəm. P.S. Mənim adıma olan e-mail ünvanından Elxan İsmayılov tərəfindən (Zakir müəllimin dediyinə görə) yayılan məqaləni müraciətimə əlavə edirəm. P.P.S. Bir də Zakir Zeynalovun Heydər Əliyevə qarşı patoloji nifrət hissinin səbəbi çox maraqlıdır. Məncə bunun ciddi bir səbəbi var :-) Gəncə Dövlət Universitetində təhsilin son dərəcə acınacaqlı bir vəziyyətdə olması yerli ictimaiyyəti təşviş içərisində saxlayır Bölmə: : Təhsil Yayım tarixi :19-03-2015, 22:20 Bu gün ölkənin təhsil sistemində çalışan bəzi məmurlar sadəcə, dövlətimizin təhsil strategiyasının ziddinə gedə bilmədikləri üçün üzdə bu islahatları dəstəkləyir, əslində isə onları iflasa uğratmaq üçün var qüvvələri ilə çalışırlar. Bəs görəsən hansı səbəbdən bu mütərəqqi proseslərin həyata keçirilməsinə görə məsul olan vəzifələrə, bəzən onları əngəlləyəcək insanlar təyin olunurlar? Belələrinin əməlləri açıq-aşkar islahatların əleyhinə yönəldiyi halda, onları heç kəs cəzalandırmır. Müəllim ən möhtəşəm ehramları, ən uca minarələri ucaldıb yaradan memarlara bənzəyir. Lakin onun ucaltdığı sal daşlar deyil, canlı insanlardır. Diqqət etsək ən böyük rəhbərlərin, dövlət xadimlərinin, ən böyük ədib və şairlərin, sərkərdələrin, alimlərin ilk rəhbəri, elm yolunun nuru, ziyası müəllimlərdir. Həqiqi müəllim zəif uşaqda belə, müsbət nöqtəni tapıb, onu inkişaf etdirən, işıqlandırandı. Xüsusən ali təhsil ocaqlarının müəllimləri tələbələrin təlim-tərbiyə sahəsində ilk bünövrə daşlarını yaradanlardır. Bu daşlar nə qədər düzgün qoyularsa, tələbələrin də təhsili və əxlaqı heç zaman əyilmədən ucalacaqdır. Xalqxeber.Az xəbər verir ki, bir il bundan öncə mart ayının 7-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov təyin edildi. Yeni təyinat alan Yusif Yusibov dərhal özünün qeyd etdiyi kimi Təhsil Nazirliyinə verdiyi 1 milyon manat rüşvəti çıxartmaq üçün rüşvətxorluğa başladı. Maraqlıdır, axı bu gün ölkə rəhbəri səviyyəsində rüşvət və onu əmələ gətirən amillərə qarşı hamılıqla mübarizənin aparıldığı bir vaxtda, Gəncə Dövlət Universitetinin rektoru hansı səbəbdən mübarizəyə qoşulmur və əksinə, hətta rüşvət faktorunun tuğyan etməsi üçün lazım olan şəraiti belə yaradır? Bax bu hal olduqca həm qorxulu, həm də diqqəti cəlb edən andır. Aradan çox az bir müddət keçdikdən sonra GDU-da yeganə islahatların məhz elə kadr dəyişikliklərindən ibarət olacağı artıq hamıya aydın oldu. İlk növbədə bu “islahatlar” universitetin professor-müəllim heyətinə güclü zərbə endirməklə diqqəti cəlb etdi. GDU-ya rektor təyin olunandan dərhal sonra Yusif Yusibov GDU tələbələrinin dili ilə desək “köhnə bazara yeni qiymətlər” də daxil etdi – bir imtahanın pulunu 30-40 manatdan 150 manata qədər qaldırdı, tədrisə nəzarət və monitorinq komissiyaları yaradaraq xoşu gəlməyən müəllimləri cəzalandırmağa başladı. Universitetdə öz sözünü deyən, bir neçə demaqoq müəllimi isə rektor Y.Yusibov pulla ələ alıb. Belə ki, aldığımız məlumata görə professor Ş.Tağıyevə, dosent M. Mustafayevə, dosent E.Cavadova, dosent E.İsmayılova, dosent A.Əhmədovaya hər imtahan sessiyası yekunlaşdıqdan sonra 3000 manat konvert verirlər ki, səslərini çıxartmasınlar. Bir sözlə, Gəncə Dövlət Universitetində artıq adi hala çevrilmiş özbaşınalıqların sonu görünmür. Xalqxeber.Az-a daxil olan məlumata görə, GDU-da pulyığma sessiyasının ən önəmli fiqurlarından biri də Gəncə Dövlət Universitetində Vaska kimi tanınan Vasif Həsənovdur. GDU-da komputer və proqramlaşdırma işləri onun inhisarındadır. Semestr imtahanlarının böyük hissəsi test üsulu ilə kompyuterlə verildiyinə görə, komputerlə test imtahanlarını o idarə edir. İmtahana pul vermiş tələbələrin qiymətləri Vasif Həsənovun xüsusi məharəti ilə düzəlir. Ələddinin sehirli çırağı olduğu kimi, Həsənov Vasifin də həmişə əlində gəzdirdiyi sehirli notbuku var. İmtahana girən tələbə monitorun önündə düz cavabları tapıb qaralaya bilməsə də, Vasif Həsənovun noutbukdakı sehirli düymələri bu işi yerinə yetirir. Vasif Həsənov sessiya müddətində “imtahan serveri”nə girib bir-bir düz cavabları qaralayır.Hətta pul almaq məqsədilə tələbənin kompüterdə seçdiyi dogru cavabı da dəyişdirib yanlış cavabla əvəz edir, tələbə heç nə sübut edə bilmir,kəsilir və son nəticə də rüşvət verməyə məcbur olur. Beləcə savadlı kadrlar yetişdirmək amacımızı, körpə fidanlarımızın universitetə, təhsilimizə, haqqa, ədalətə inamını qaralayır. Məhz Vasif Həsənovun möcüzəsi ilə kompyuter vasitəsilə test imtahanları verib qeyri-kafi almış tələbələrin qiymətləri verdikləri pulun məbləğinə uyğun olaraq elə həmin gün düzəlir. Təhsil Nazirliyinin yüksək diqqətinə çatdırırıq ki, bunu sadə üsulla yoxlamaq olar. Təlimata görə, tələbələrin cavabları bir semestr saxlanmalıdır. O test cavablarına baxmaq kifayətdir. Yaxud ixtiyari seçilmiş tələbələr yenidən eyni fənn üzrə imtahan versə əvvəlki nəticə çətin ki, alına. Başqa yollar da var... Tələbənin təhsil almaq, elmə yiyələnmək arzusunu məhz Vasif Həsənov davamlı şəkildə məhv edir. Vasif həsənov GDU-da təhsilimizin, millətimizin qəsdinə duran baltadır. Yusif Yusifovun baltası... Universitetdə hamı onun nənəsinin erməni olduğunu bilir. Mikayıl Cabbarovun nəzərlərindən iraq yazıq təhsilimizə isə, gör, kimlər kimlərin əli ilə balta çalır?! Universitetin 5-ci korpusunun 5 hektaradək ərazisi var.Bu ərazinin təqribən 2 hektarı Maşın təmiri sexlərinə,Maşın yumaq üçün moykaya,çayxanaya və bir neçə magazaya satılıb.Maraqlıdır,bura universitetin ərazisidir,heç kimin ixtiyarı yoxdur ki,həmin ərazini satsın.Mikayıl Cabbarovun gözləri bunu görmür,yoxsa Yusif Yusibova görə bunlara göz yumur.Görəsən bu biabırçılıqlara son qoyan tapılacaqmı??? İstər korrupsiya hallarına qarşı mübarizəni həyata keçirməyə məsul olan qurumlar, istərsə də Təhsil Nazirliyi GDU-nun rəhbərliyinə qarşı ölçü götürməkdə acizlik nümayiş etdirirlər. Təbii ki, bu acizlik heç də adı çəkilən qurumların fəaliyyətsizliyindən irəli gəlmir. Sadəcə olaraq bu ali təhsil müəssisəsində bütün işlər o dərəcədə qarışığa salınıb ki, onlardan baş açmaq son dərəcə çətindir.Ya da baş açmaq istəmirlər. Məlumdur ki, bir il bundan öncə Yusif Yusibov Gəncə Dövlət Universitetinin rektoru təyin edilmişdir. O əvvəllər AKTA-da və Bakı Dövlət Universitetində işlədiyindən kollektivi yaxşı tanımır. Bu səbəbdən onun vəzifəyə təyin etdiyi şəxslərin müəyyən hissəsi buna layiq olmayan adamlardır. Belə simalardan biri də 75 illik yubileyi ümumşəhər miqyasında təntənə ilə qeyd edilən Əliqıllı Quliyevdir. O,Əlıqıllı Quliyevi Etika komissiyasının və Tədrisə nəzarət komissiyasının sədri təyin etmiş və professor olmaya-olmaya GDU-nun fəxri professoru adini vermişdir. Halbuki elmi adlar Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilir. Əslində bu elm oğrusu rəhmətə getmiş Ağa müəllimin elmi əlyazmalarını ogurlayıb öz adına kitab kimi ( “Riyazi məntiq və alqoritmlər nəzəriyyəsi”, “Bul cəbri və alqoritmlər nəzəriyyəsi”) nəşr etdirmişdir. Əliqıllı Quliyev ixtisası olmasa belə universitetdə müxtəlif müəllimlərin acıq dərsinə girib pul yığmaqla məşğuldur.Bu açıq dərsləri isə tələbələr hamısı ələ salır və deyirlər ki, onsuz da hər imtahanın,hər kollekviumun öz qiyməti var,bəs bu şoular nəyə lazımdır?Bu adamın ixtisası olmasa belə dərsin gedişində pedaqoji etikaya zidd olaraq tələbənin yanında müəllimə irad tutub,onun dediklərinə "düzəliş" edir,müəllimləri açıq dərsinə qiymət yazmayacağı ilə hədələyir.Daha sonra köməkçiləri Cəfər müəllimi,Tahir Ələkbərovu açıq dərs keçən müəllimlərin yanına göndərir və deyir ki,öyrən gör nəyi var.Belə açıq dərslərin qiyməti isə 150-200 manat arasındadır. Əliqıllı Quliyev hələ dekan işlədiyi vaxtda öz fakültəsinin işçisi Nazlı adlı xanımla (o hazırda fakültədə operator işləyir) öz kabinetində biabırçı eşq səhnəsı yaşayarkən binanın komendantı tərəfindən yaxalamışdılar. Bunu universitetin 2-ci korpusunda hamı bilir. 1987-1988-ci illərdə o, riyaziyyat fakültəsinin tələbə həmkarlar təşkilatının sədri olan Şəhla adlı tələbə qızı zorlamışdı. Verdiyi rüşvətin hesabına canını qurtardı, həmin qız isə hal-hazırda Gəncədəki mötəbər şəxslərdən birinin həyat yoldaşıdır. Amma indi bu adam bu gözəl kollektivə etika öyrədir. Görünür nahaq yerə deməyiblər: “Müsibət oluruq biz, səhv düşəndə GDU-dakı yerlərimiz”. İndi bu adam koridorlarda hamiya fəxrlə deyir: "getdim Bakiya universitetdən yazan saytlarin ağzına p..u qoydum. Mətbuat şurasına verib 4 saytı bağlatdım". Bu adamın etikası, tərbiyəsi dediyi bu sozlərdən görünür. Hələ cavan vaxtı GDU-da muəllim işləyəndə pambıq yıgımı zamanı o, daha bir tələbəsini də zorlamışdı. Əliqıllı müəllimin toy günü qarabəxt eylədiyi bəyin ad-familiyasını Sizə yazırıq. Bu bəy Gəncə şəhər sakini Əhmədov Nadir Ramazan oğludur. Gəlinin adını isə etik səbəblərə görə yazmırıq,onu universitetdə hamı tanıyır.Toy gecəsi gəlinin başını qırxıb döyə-döyə atası evinə qaytardılar. O vaxt ekspertiza ilə və qızın ifadəsi ilə bunun öz müəllimi Əliqıllı tərəfindən edildiyi tam sübut olundu. Qız riyaziyyat fakültəsinin tələbəsi idi və 1980-ci illərin pulu ilə 70000 manat pulla Əliqıllı canını qurtardi. Hələ 1964-cü ildə Yevlax rayonunun Xaldan kəndində orta məktəbdə müəllim işləyəndə də öz şagirdini zorlama və xuliqanlıq üstündə həbs olunmuş və bir neçə il həbsdə yatmışdı. Amma hansısa naməlum sehrli əlin sayəsində həbsdən çıxıb yenidən pedaqoq oldu və həmin ƏLİQILLI İNDİ ETİKA KOMİSSİYASİNA SƏDRLİK EDİR. Bu adamı hamı taniyir və universitetin adına ləkə gətirir. 5-6 il bundan qabaq öz işçisı ilə öz kabinetində intim münasibətdə olan, tələbələrini zorlayan bir qadın düşkünü ziyalı kollektivinə necə etika öyrədə bilər?! Bir necə il bundan əvvəlin söhbətidir. Əliqıllı dekan seçilmək istəyirdi. Namizədlər isə Müəllimlər Universitetinin Zaqatala filialıinin indiki direktoru O. Rzayev və Əliqıllı Quliyev idi. Dram teatrda kecirilən tədbir zamani Əliqılllı müəllimim gətirdiyi keçmiş məhbəs yoldaşları - "vor zakonlar" orada tedbirde iştirak edən keçmiş rektor Məmmədov Elman İdris oglunu hədələyərək dedilər ki Əliqulu dekan seçılməlidir. Bunu tədbirdə hamı gördü. Elman müəllim də qorxusundan onu dekan secdirdi. GDU-da hamı onu da bilir ki, 1993-1995-ci illər arası onun həyət evi yananda evin damında külli-miqdarda silah- sursat tapılmışdı. Çünki bu pedaqoq o vaxt Surət Hüseynovun qoçu dəstələri ilə sıx bağlı idi. Sonradan ört-basdır edilmiş həmin silah-sursat məsələsini hüquq mühafizə orqanları araşdırsalar, daha yaxşı olar. Universitetdə görkəmli alimlərin, adlı-sanlı müəllimlərin yubileyini kecirməyə xəsislik edən Y.Yusibov həmin Əliqıllı Quliyevə bu gün- 19 martda 75 illiklə bağlı yubiley keçirir. Amma 50 ildən artıq GDU-da elmi-pedaqoji fəaliyyət göstərən, uzun müddət müxtəlif vəifələrdə, o cümlədən kafedra müdiri işləyən və 2 dəfə fakültə dekanı seçilmiş, hazırda ictimai vəzifə daşıyaraq, universitet üzrə mötəbər quruma rəhbərlik edən hörmətli bir alimin 75 illik yubileyini keçirtmir, “mən bura yubiley keçirtməyə gəlməmişəm” deyir. Ə.Quliyevin "xidmətlərini" isə biz yuxarıda yazdıq.Yubiley iclasında elə sözlər danışdılar ki,biz bir çox mətləblərdən xəbərsiz olduğumuzu gördük.Sən demə "Azərbaycanda riyaziyyat elminin əsasını qondarma professor,dosent Əliqıllı Quliyev qoyubmuş".Maraqlı burasıdır ki,Yusif Yusibov Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevi də hədiyyələri ilə birgə GDU-da keçirilən bu yubiley tədbirində iştirak etməyə razı sala bilib.Universitetdə hamıya məlumdur ki, Ə.Quliyev universitetdəki vəziyyətlə bağlı Elmar Vəliyevə donos verir və vaxtilə keçmiş rektor Elman Məmmədovun da quyusunu bu danoslarla qazdı.Rektor da bu səbəbdən Əliqullu müəllimdən ehtiyat edir və onun nazı ilə oynayır.Görünür dosent Ə.Quliyevin yuxarıda sadaladığımız xidmətlərini qiymətləndirmək lazımdır.Təhsil nazirliyi isə bütün bu məsələlərdən xəbərdar olsa belə hələlik susur...... Geri dön |