Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda küçəyə çıxmaq qadağası bitib
Tarix: 8-06-2020, 06:15 | Çap et
Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda küçəyə çıxmaq qadağası bitib
Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi tədbirləri başa çatıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bəzi məhdudiyyətlər tətbiq edilib.

Qərara əsasən, fəaliyyətinə icazə verilmiş sahələrdə çalışanlar istisna olmaqla, vətəndaşların yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net