Ana Sayfa > Manşet > Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda küçəyə çıxmaq qadağası bitib
Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda küçəyə çıxmaq qadağası bitib8-06-2020, 06:15. Yazar: admin |
![]() Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi tədbirləri başa çatıb. APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bəzi məhdudiyyətlər tətbiq edilib. Qərara əsasən, fəaliyyətinə icazə verilmiş sahələrdə çalışanlar istisna olmaqla, vətəndaşların yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Geri dön |