Ölkə iqtisadiyyatında 3,4 faiz artım proqnozlaşdırılır - FOTO
Tarix: 22-12-2020, 09:28 | Çap et
Ölkə iqtisadiyyatında 3,4 faiz artım proqnozlaşdırılır - FOTO
2021-ci ildə ölkədə ümumi daxili məhsul həcminə dair proqnoz açıqlanıb.

Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, 2021-ci ildə ÜDM-in 3,4 faiz artacağı gözlənilir.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən 2021-ci ildə iqtisadi artım tempinin bərpa ediləcəyi və ÜDM-in real ifadədə 75,8 milyard manata çatacağı proqnozlaşdırılır.

Eləcə də, qeyri-neft sektorunun ÜDM-də payının artacağı da ehtimal edilir.

Vurğulanıb ki, iqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiyası sayəsində 2021-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 70,5 faizə, neft sektorunun payının isə 29,5 faizə bərabər olacağı proqnozlaşdırılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net