Ana Sayfa > İqtisadiyyat > Ölkə iqtisadiyyatında 3,4 faiz artım proqnozlaşdırılır - FOTO
Ölkə iqtisadiyyatında 3,4 faiz artım proqnozlaşdırılır - FOTO22-12-2020, 09:28. Yazar: admin |
2021-ci ildə ölkədə ümumi daxili məhsul həcminə dair proqnoz açıqlanıb. Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, 2021-ci ildə ÜDM-in 3,4 faiz artacağı gözlənilir. Bildirilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən 2021-ci ildə iqtisadi artım tempinin bərpa ediləcəyi və ÜDM-in real ifadədə 75,8 milyard manata çatacağı proqnozlaşdırılır. Eləcə də, qeyri-neft sektorunun ÜDM-də payının artacağı da ehtimal edilir. Vurğulanıb ki, iqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiyası sayəsində 2021-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 70,5 faizə, neft sektorunun payının isə 29,5 faizə bərabər olacağı proqnozlaşdırılır. Geri dön |