Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
Tarix: 13-04-2025, 22:20 | Çap et


Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.

Vertikal.az Apasport.az-a istinadla xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda serbiyalı Georgi Tibilovu məğlub edib.

Rəqibini 7:3 hesabı ilə üstələyən təmsilçimiz 2-ci dəfə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc, yunan-Roma güləşçilərimiz isə 1 gümüş və 1 bürünc qazanıblar. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net