Ana Sayfa > İdman > Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub13-04-2025, 22:20. Yazar: admin |
![]() Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub. Vertikal.az Apasport.az-a istinadla xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda serbiyalı Georgi Tibilovu məğlub edib. Rəqibini 7:3 hesabı ilə üstələyən təmsilçimiz 2-ci dəfə Avropa çempionu adını qazanıb. Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc, yunan-Roma güləşçilərimiz isə 1 gümüş və 1 bürünc qazanıblar. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib. Geri dön |