
Türkiyənin "Qalatasaray" futbol klubu "Qarabağ"a qarşı keçirəcəyi xeyriyyə matçı üçün Bakıya gəlib.
Vertikal.az APA-ya istinadən xəbər verir ki, "Qalatasaray"ın futbolçularını Heydər Əliyev Beynəlxalq Aeroportunda çox saylı azarkeşlər və KİV nümayəndələri qarşılayıb.
Qeyd edək ki, “Qarabağ”-“Qalatasaray” matçı Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:00-da start götürəcək.
Matçın bilet satışından əldə ediləcək gəlir Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
