Ana Sayfa > İdman > "Qalatasaray" "Qarabağ"la oyun üçün Bakıya gəlib - FOTO

"Qalatasaray" "Qarabağ"la oyun üçün Bakıya gəlib - FOTO


26-03-2023, 00:49. Yazar: admin


Türkiyənin "Qalatasaray" futbol klubu "Qarabağ"a qarşı keçirəcəyi xeyriyyə matçı üçün Bakıya gəlib.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, "Qalatasaray"ın futbolçularını Heydər Əliyev Beynəlxalq Aeroportunda çox saylı azarkeşlər və KİV nümayəndələri qarşılayıb.

Qeyd edək ki, “Qarabağ”-“Qalatasaray” matçı Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:00-da start götürəcək.

Matçın bilet satışından əldə ediləcək gəlir Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


Geri dön