"Arsenal" "Brayton"a son dəqiqələrdə məğlub olub
Tarix: 20-06-2020, 22:16 | Çap et
"Arsenal" "Brayton"a son dəqiqələrdə məğlub olub

İngiltərə Premyer Liqasının 30-cu turunun matçında "Brayton end Xouv Albion" London "Arsenalı"ını qəbul edib.

“Report” xəbər verir ki, görüş Brayton end Xouvun "Falmer" stadionunda keçirilib və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 68-ci dəqiqədə açılıb. Qonaqların hücumçusu Nikolya Pepe “Arsenal” azarkeşlərini sevindirib. Lakin ikinci hissənin ortalarında "Brayton"un müdafiəçisi Lyuis Dank hesabı bərabərləşdirib.

Meydan sahiblərinə qələbə qolunu hücumçu Nil Mope bəxş edib. O, 95-ci dəqiqədə səhvsiz oynayıb.

"Arsenal" İngiltərə Premyer Liqasının yarış cədvəlində doqquzuncu yeri tutur. Komandanın aktivində 40 xal var. "Brayton" turnir cədvəlində 32 xalla 15-ci yerdə qərarlaşıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net