Ana Sayfa > İdman > "Arsenal" "Brayton"a son dəqiqələrdə məğlub olub
"Arsenal" "Brayton"a son dəqiqələrdə məğlub olub20-06-2020, 22:16. Yazar: admin |
İngiltərə Premyer Liqasının 30-cu turunun matçında "Brayton end Xouv Albion" London "Arsenalı"ını qəbul edib. “Report” xəbər verir ki, görüş Brayton end Xouvun "Falmer" stadionunda keçirilib və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesab 68-ci dəqiqədə açılıb. Qonaqların hücumçusu Nikolya Pepe “Arsenal” azarkeşlərini sevindirib. Lakin ikinci hissənin ortalarında "Brayton"un müdafiəçisi Lyuis Dank hesabı bərabərləşdirib. Meydan sahiblərinə qələbə qolunu hücumçu Nil Mope bəxş edib. O, 95-ci dəqiqədə səhvsiz oynayıb. "Arsenal" İngiltərə Premyer Liqasının yarış cədvəlində doqquzuncu yeri tutur. Komandanın aktivində 40 xal var. "Brayton" turnir cədvəlində 32 xalla 15-ci yerdə qərarlaşıb. Geri dön |