Münhen “Bavariya”sı ardıcıl 9-cu qələbəsini qazanıb
Tarix: 6-06-2020, 20:43 | Çap et
Münhen “Bavariya”sı ardıcıl 9-cu qələbəsini qazanıb

Almaniya Bundesliqasının 30-cu turunun matçında Münhen “Bavariya”sı Leverkuzenin “Bayer” komandasını qəbul edib.

“Report” xəbər verir ki, görüş meydan sahiblərinin 4:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Matçda hesab 10-ci dəqiqədə açılıb. “Bayer” komandasının hücumçusu Lukas Alario fərqlənib.

Lakin Münhen “Bavariya”sı ard-arda dörd qol vurub. Koman, Leon Qoreçka, Serj Qnabri və Robert Levandovski hesabda fərqlənib.

Leverkuzenin “Bayer” komandasının 17 yaşlı futbolçusu Florian Virç 89-cu dəqiqədə vurulan dörd qoldan yalnız birinin əvəzini çıxa bilib.

Bununla da “Bavariya” ardıcıl 9-cu qələbəsini qazanıb.

Hazırda “Bavariya” 70 xal yığaraq, Almaniya çempionatının yarış cədvəlinə başçılıq edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net