Ana Sayfa > İdman > Münhen “Bavariya”sı ardıcıl 9-cu qələbəsini qazanıb
Münhen “Bavariya”sı ardıcıl 9-cu qələbəsini qazanıb6-06-2020, 20:43. Yazar: admin |
![]() Almaniya Bundesliqasının 30-cu turunun matçında Münhen “Bavariya”sı Leverkuzenin “Bayer” komandasını qəbul edib. “Report” xəbər verir ki, görüş meydan sahiblərinin 4:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçda hesab 10-ci dəqiqədə açılıb. “Bayer” komandasının hücumçusu Lukas Alario fərqlənib. Lakin Münhen “Bavariya”sı ard-arda dörd qol vurub. Koman, Leon Qoreçka, Serj Qnabri və Robert Levandovski hesabda fərqlənib. Leverkuzenin “Bayer” komandasının 17 yaşlı futbolçusu Florian Virç 89-cu dəqiqədə vurulan dörd qoldan yalnız birinin əvəzini çıxa bilib. Bununla da “Bavariya” ardıcıl 9-cu qələbəsini qazanıb. Hazırda “Bavariya” 70 xal yığaraq, Almaniya çempionatının yarış cədvəlinə başçılıq edir. Geri dön |