Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) sədri Qubad İbadoğlunun həyat yoldaşı saxlanılmayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov bildirib.
“İddialar əsassızdır”, - deyə nazirlik rəsmisi bildirib.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov bildirib.
Faktla bağlı araşdırma aparılır.