Ana Sayfa > Hadisə > DİN: Qubad İbadoğlunun həyat yoldaşı saxlanılmayıb

DİN: Qubad İbadoğlunun həyat yoldaşı saxlanılmayıb


23-07-2023, 21:06. Yazar: admin
DİN: Qubad İbadoğlunun həyat yoldaşı saxlanılmayıb

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) sədri Qubad İbadoğlunun həyat yoldaşı saxlanılmayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov bildirib.

“İddialar əsassızdır”, - deyə nazirlik rəsmisi bildirib.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov bildirib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön