Ələtdə mikroavtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alan 9 nəfərin kimliyi açıqlanıb - YENİLƏNİB-4
Tarix: 18-12-2021, 04:08 | Çap et
Ələtdə mikroavtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alan 9 nəfərin kimliyi açıqlanıb - YENİLƏNİB-4

Bakıdan Gədəbəyə gedən mikroavtobusun Ələt qəsəbəsində minik maşını ilə toqquşması nəticəsində xəsarət alan 9 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.
Növbətçi cərrah Ramiz Kərimov APA-ya verdiyi müsahibədə bildirib ki, onlardan beş nəfərinə tibbi yardım göstərilib. 2010-cü il təvəllüdlü Əlili Əli Xaliq oğlu ağır kəllə beyin travması alıb. Əliyeva Samirə Nüsrət qızı qapalı kəllə beyin travması və baş beyin əzilməsi diaqnozları ilə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 3 nəfərdə müxtəlif nahiyələrdə sınıq xəsarətləri var. 4 nəfər isə ambulator müayinə olunduqdan sonra evə buraxılıb. Ümumilikdə 3 nəfər şöbəyə yerləşdirilib, iki nəfər isə ağır vəziyyətdə reanimasiya şöbəsində müalicəsini davam etdirir.
*
00.13
Ələt qəsəbəsində qəzada xəsarət olan 9 nəfərdən 4-ü xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Kliniki Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə,
Onlardan 2010-cu il təvəllüdlü Əlili Əlinin vəziyyəti ağırdır.
*
23.53
Bakı-Qazax magistralının Ələt qəsəbəsi ərazisində qəzaya “VAZ-2107” markalı avtomobilin sürücüsü səbəb olub. APA-nın məlumatına görə, “VAZ-2107” markalı avtomobilin sürücüsü qəfil dönmə əməliyyatı edib. Bu zaman mikroavtobusun sürücüsü sükana nəzarəti itirərək nəqliyyat vasitəsini aşırıb. Xəsarət alanların hamısı mikroavtobusda olan sərnişinlərdir.
*
23.43
Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.
Kliniki Tibbi Mərkəzdən APA-ya veri məlumata görə, qəzada xəsarət alanların siyahısı belədir:
1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar
2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə
3. 2010-cu il təvəllüdlü Əlili Əli
4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə
5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar
6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə
7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit
8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə
9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq
Xəstələrdən 3 nəfər reanimasiyadadır. 1 nəfər neyrotravma, 1 nəfər travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
*
23.27
Ələt qəsəbəsində minik avtomobilinin mikroavtobusla toqquşması nəticəsində çox sayda yaralı var.
Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, bu saatadək qəza ilə əlaqədar 7 nəfər xəstəxanaya daxil olub. Daha iki nəfərin də Klinik Tibbi Mərkəzə gətiriləcəyi gözlənilir.
İçərisində azyaşlı olmaqla çox ağır vəziyyətdə olan yaralılar var.
*
23.18
Ələt qəsəbəsində ağır yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Ford Transit” markalı avtomobil “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə 9 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net