Ana Sayfa > Hadisə > Ələtdə mikroavtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alan 9 nəfərin kimliyi açıqlanıb - YENİLƏNİB-4
Ələtdə mikroavtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alan 9 nəfərin kimliyi açıqlanıb - YENİLƏNİB-418-12-2021, 04:08. Yazar: admin |
Bakıdan Gədəbəyə gedən mikroavtobusun Ələt qəsəbəsində minik maşını ilə toqquşması nəticəsində xəsarət alan 9 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib. Növbətçi cərrah Ramiz Kərimov APA-ya verdiyi müsahibədə bildirib ki, onlardan beş nəfərinə tibbi yardım göstərilib. 2010-cü il təvəllüdlü Əlili Əli Xaliq oğlu ağır kəllə beyin travması alıb. Əliyeva Samirə Nüsrət qızı qapalı kəllə beyin travması və baş beyin əzilməsi diaqnozları ilə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 3 nəfərdə müxtəlif nahiyələrdə sınıq xəsarətləri var. 4 nəfər isə ambulator müayinə olunduqdan sonra evə buraxılıb. Ümumilikdə 3 nəfər şöbəyə yerləşdirilib, iki nəfər isə ağır vəziyyətdə reanimasiya şöbəsində müalicəsini davam etdirir. * 00.13 Ələt qəsəbəsində qəzada xəsarət olan 9 nəfərdən 4-ü xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Kliniki Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, Onlardan 2010-cu il təvəllüdlü Əlili Əlinin vəziyyəti ağırdır. * 23.53 Bakı-Qazax magistralının Ələt qəsəbəsi ərazisində qəzaya “VAZ-2107” markalı avtomobilin sürücüsü səbəb olub. APA-nın məlumatına görə, “VAZ-2107” markalı avtomobilin sürücüsü qəfil dönmə əməliyyatı edib. Bu zaman mikroavtobusun sürücüsü sükana nəzarəti itirərək nəqliyyat vasitəsini aşırıb. Xəsarət alanların hamısı mikroavtobusda olan sərnişinlərdir. * 23.43 Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib. Kliniki Tibbi Mərkəzdən APA-ya veri məlumata görə, qəzada xəsarət alanların siyahısı belədir: 1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar 2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə 3. 2010-cu il təvəllüdlü Əlili Əli 4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə 5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar 6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə 7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit 8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə 9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq Xəstələrdən 3 nəfər reanimasiyadadır. 1 nəfər neyrotravma, 1 nəfər travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. * 23.27 Ələt qəsəbəsində minik avtomobilinin mikroavtobusla toqquşması nəticəsində çox sayda yaralı var. Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, bu saatadək qəza ilə əlaqədar 7 nəfər xəstəxanaya daxil olub. Daha iki nəfərin də Klinik Tibbi Mərkəzə gətiriləcəyi gözlənilir. İçərisində azyaşlı olmaqla çox ağır vəziyyətdə olan yaralılar var. * 23.18 Ələt qəsəbəsində ağır yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Ford Transit” markalı avtomobil “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə 9 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Geri dön |