Bakıda xəstəxanada həkimin intihara cəhd etməsi ilə bağlı cinayət işi başlanılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, faktla bağlı Nizami Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, 19 oktyabr tarixində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim laborant işləyən Əsədli Aynur Azad qızı özünü qayçı ilə doğrayaraq intihar etməyə cəhd etmişdi.