Ana Sayfa > Hadisə > Bakıda həkimin intihara cəhd etməsi ilə bağlı cinayət işi açıldı

Bakıda həkimin intihara cəhd etməsi ilə bağlı cinayət işi açıldı


21-10-2021, 12:07. Yazar: admin
Bakıda həkimin intihara cəhd etməsi ilə bağlı cinayət işi açıldı

Bakıda xəstəxanada həkimin intihara cəhd etməsi ilə bağlı cinayət işi başlanılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, faktla bağlı Nizami Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, 19 oktyabr tarixində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim laborant işləyən Əsədli Aynur Azad qızı özünü qayçı ilə doğrayaraq intihar etməyə cəhd etmişdi.
Geri dön