Azərbaycanda xəstənin oğlu həkimi bıçaqladı
Tarix: 5-07-2021, 16:42 | Çap et
Azərbaycanda xəstənin oğlu həkimi bıçaqladı

Sosial şəbəkələrdə 5 saylı şəhər kliniki xəstəxananın həkimi Zöhrab Şamxalovun bıçaqlanması barədə məlumat yayılıb.

Bildirilib ki, atası üçün əlillik arayışı ala bilməyən pasiyentin oğlu qastroenteroloqu bıçaqlayıb.

Məsələ barədə xəstəxana ilə əlaqə saxladıq. Xəstəxanadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təəssüf ki, belə bir xoşagəlməz hal baş verib:

“Hadisənin nə səbəbdən baş verməsi ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma başlanıb”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net