Ana Sayfa > Hadisə > Azərbaycanda xəstənin oğlu həkimi bıçaqladı
Azərbaycanda xəstənin oğlu həkimi bıçaqladı5-07-2021, 16:42. Yazar: admin |
Sosial şəbəkələrdə 5 saylı şəhər kliniki xəstəxananın həkimi Zöhrab Şamxalovun bıçaqlanması barədə məlumat yayılıb. Bildirilib ki, atası üçün əlillik arayışı ala bilməyən pasiyentin oğlu qastroenteroloqu bıçaqlayıb. Məsələ barədə xəstəxana ilə əlaqə saxladıq. Xəstəxanadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təəssüf ki, belə bir xoşagəlməz hal baş verib: “Hadisənin nə səbəbdən baş verməsi ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma başlanıb”. Geri dön |