Oğuz rayonunun Xalxal-Qışlaq kəndi ərazisində taxıl sahəsi və meşə yanır.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bir qədər əvvəl baş verib.
Belə ki, kənd ərazisində 5 hektara yaxın biçilməmiş taxıl sahəsi yandıqdan sonra alov meşəyə keçib. Hadisə yerinə Oğuz rayonundakı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və xeyli sayda şəxsi heyəti cəlb olunub.
Hazırda yanğın davam edir.