Ana Sayfa > Hadisə > Oğuzda taxıl sahəsi və meşə yanır

Oğuzda taxıl sahəsi və meşə yanır


25-06-2021, 19:59. Yazar: admin
Oğuzda taxıl sahəsi və meşə yanır

Oğuz rayonunun Xalxal-Qışlaq kəndi ərazisində taxıl sahəsi və meşə yanır.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bir qədər əvvəl baş verib.

Belə ki, kənd ərazisində 5 hektara yaxın biçilməmiş taxıl sahəsi yandıqdan sonra alov meşəyə keçib. Hadisə yerinə Oğuz rayonundakı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və xeyli sayda şəxsi heyəti cəlb olunub.

Hazırda yanğın davam edir.
Geri dön