Abşeronda qadın küçədə hücuma məruz qalaraq ağır xəsarət alıb
Tarix: 17-05-2021, 06:47 | Çap et
Abşeronda qadın küçədə hücuma məruz qalaraq ağır xəsarət alıb
Abş​​​eronda qadına küçədə hücum edilib.

vertikal.az məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Aslanova Zülfiyyə Möhsüm qızı işdən çıxıb evə gedərkən hücuma məruz qalıb. Nəticədə o, ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin və sol qulağın kəsilmiş yarası diaqnozları qoyulub.

İlkin məlumata görə, qadına hücum edən şəxs keçmiş həyat yoldaşıdır.

Hadisənin təfərrüatı araşdırılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net