Ana Sayfa > Hadisə > Abşeronda qadın küçədə hücuma məruz qalaraq ağır xəsarət alıb
Abşeronda qadın küçədə hücuma məruz qalaraq ağır xəsarət alıb17-05-2021, 06:47. Yazar: admin |
![]() Abşeronda qadına küçədə hücum edilib. vertikal.az məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Aslanova Zülfiyyə Möhsüm qızı işdən çıxıb evə gedərkən hücuma məruz qalıb. Nəticədə o, ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin və sol qulağın kəsilmiş yarası diaqnozları qoyulub. İlkin məlumata görə, qadına hücum edən şəxs keçmiş həyat yoldaşıdır. Hadisənin təfərrüatı araşdırılır. Geri dön |