Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşdu - biri yüksək rütbəlidir
Tarix: 9-02-2021, 13:30 | Çap et
Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşdu - biri yüksək rütbəlidir

Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.

Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) - Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayev minaya düşüblər.

Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.


Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşdu - biri yüksək rütbəlidir




Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net