Ana Sayfa > Hadisə > Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşdu - biri yüksək rütbəlidir
Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşdu - biri yüksək rütbəlidir9-02-2021, 13:30. Yazar: admin |
![]() Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb. “Report”un əldə etdiyi məlumata görə, hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib. Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) - Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayev minaya düşüblər. Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib. Faktla bağlı araşdırma aparılır. ![]() Geri dön |