Baş Prokurorluğun "İnstagram"ında növbəti sual-cavab sessiyası olacaq
Tarix: 26-08-2020, 10:42 | Çap et
Baş Prokurorluğun "İnstagram"ında növbəti sual-cavab sessiyası olacaq

Xəbər verildiyi kimi, avqustun 21-də Baş Prokurorluğun "İnstagram" sosial şəbəkəsindəki səhifəsində ilk dəfə sual-cavab sessiyası keçirilib.

Baş Prokurorluğunun Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.

Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun "İnstagram" sosial şəbəkəsindəki səhifəsində avqustun 28-i saat 09:00-dan 13:00-dək keçiriləcək: "Hәr bir kәs prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr".




Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net