Ana Sayfa > Hadisə > Baş Prokurorluğun "İnstagram"ında növbəti sual-cavab sessiyası olacaq
Baş Prokurorluğun "İnstagram"ında növbəti sual-cavab sessiyası olacaq26-08-2020, 10:42. Yazar: admin |
![]() Xəbər verildiyi kimi, avqustun 21-də Baş Prokurorluğun "İnstagram" sosial şəbəkəsindəki səhifəsində ilk dəfə sual-cavab sessiyası keçirilib. Baş Prokurorluğunun Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb. Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun "İnstagram" sosial şəbəkəsindəki səhifəsində avqustun 28-i saat 09:00-dan 13:00-dək keçiriləcək: "Hәr bir kәs prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr". Geri dön |