Rusiya qətl törətməkdə təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib
Rusiya hüquq-mühafizə orqanları adam öldürməkdə təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib.
APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunub ki, Gürcüstanın Marneuli rayonunda anadan olan, 1988-ci il təvəllüdlü Anar Xudayev qəsdən adam öldürmə və silahlı basqın cinayətlərində təqsirli bilinir.
Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.