Ana Sayfa > Hadisə > Rusiya qətl törətməkdə təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib

Rusiya qətl törətməkdə təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib


8-07-2020, 10:50. Yazar: admin

Rusiya qətl törətməkdə təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib
Rusiya hüquq-mühafizə orqanları adam öldürməkdə təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, Gürcüstanın Marneuli rayonunda anadan olan, 1988-ci il təvəllüdlü Anar Xudayev qəsdən adam öldürmə və silahlı basqın cinayətlərində təqsirli bilinir.

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.
Geri dön