Bərdə sakini elektrik mişarı ilə ayağını kəsdi
Tarix: 8-07-2020, 10:00 | Çap et
Bərdə sakini elektrik mişarı ilə ayağını kəsdi

Bərdədə 34 yaşlı kişi ehtiyatsızlıqdan elektrik mişarı ilə ayağını kəsib.

APA-nın xəbərinə görə, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb.

Kənd sakini Behbudov Xəyyam Behbud oğlu işlədiyi sexdə elektrik mişarı ilə dəmir kəsərkən ehtiyatsızlıqdan sağ ayağını iki yerdən kəsib.

X.Behbudov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net