Ana Sayfa > Hadisə > Bərdə sakini elektrik mişarı ilə ayağını kəsdi
Bərdə sakini elektrik mişarı ilə ayağını kəsdi8-07-2020, 10:00. Yazar: admin |
Bərdədə 34 yaşlı kişi ehtiyatsızlıqdan elektrik mişarı ilə ayağını kəsib. APA-nın xəbərinə görə, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb. Kənd sakini Behbudov Xəyyam Behbud oğlu işlədiyi sexdə elektrik mişarı ilə dəmir kəsərkən ehtiyatsızlıqdan sağ ayağını iki yerdən kəsib. X.Behbudov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərilib, vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır. Geri dön |