ARDNŞ-in 2 milyonluq əmlakı oğurlanaraq Qazaxıstanda satılıb
Tarix: 20-04-2015, 10:45 | Çap et
ARDNŞ-in 2 milyonluq əmlakı oğurlanaraq Qazaxıstanda satılıb
“Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkətində ABŞ istehsalı olan və qiyməti 1 milyon 8 yüzmin ABŞ dollar olan AYDİKO qurğsusu hələ 2009-cu ildə Şirvanda şirkəti kanadadan olan mütəxəsislər işlətdiyi dövrdə aınıb. Bununla yanaşı iki ədəd də UPA-1,UPA-2 qurğuları alınaraq istifadə edilib. Amma bu gün nə AYDİKO qurğusu, nə də UPA-1,UPA-2 qurğuları “Qarasu”Əməliyyat Şirkətinin ərazisində deyil. Maraqlıdır bəs görəsən dəyəri 1 milyon 8 yüz min ABŞ dolları olan bir qurğular yoxa çıxıb. Bu fakt araşdırmalar nəticəsində bəlli olub.

Bir məqamıda qeyd edək ki, “Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkətinin Nəqliyyat bazasında olan bütün texnikalar,əgər istifadəyə yararsız olduğu halda, istismardan çıxarılır və ARDNŞ-nin balansına qeyri-şərtsiz keçir. Maraqlısı elə burdadır ki, AYDİKO qurğusu istismardan çıxarıldıqdan sonra, ARDNŞ-nin balansına keçirilməyib. Əksinə məhz “Qarasu”Əməliyyat Şirkətinin rəhbərliyinin əli ilə qeyri-qanuni olaraq şirkət ərazisindən çıxarılaraq saxta sənədlər hazırlanmaq yolu ilə Yaqub adlı şəxsə satılıb. Apardığımız araşdırma zamanı məlum olur ki, ARDNŞ-nin balansına keçməli olduğu halda AYDİKO qurğusu Yaqub adlı şəxsin əli ilə Azərbaycandan gəmiyə yüklənərək dəniz yolu ilə Qazağıstanın Aktau limanına aparılıb. Hazırda Yaqub adlı şəxs bu AYDİKO qurğusunun müəyyən detallarnı dəyişdirərək satışa çıxarıb və 6 yüz min ABŞ dollarına satır.

Maraqlı olan digər bir məqam isə ondan ibarətdir ki, ARDNŞ-nin “Qarasu”Əməliyyat Şirkətində nümayəndəsi olduğunu harda gəldi deyən ,şirkətin vitse-prezidenti İslam Ovçuyev ARDNŞ-nin maraqlarını “Qarasu” ƏŞ-də belə qoruyursa vay bu dövlətin halına. ARDNŞ-nin nümayəndəsinin gözləri önündə şirkətin əmlakı qeyri-qanuni sənədlər hazırlanaraq çıxarılır və satılır bunları görmür. Amma başqa bir vaxt şirkətdə milçək uçsa xəbəri olan adam necə oldu ki, belə bahalı əmlakları görməzdən gəldi. Yəqin ki, ARDNŞ-nin prezidenti,millət əvkili cənab Rövnəq Abdullayev bu məsələni araşdıracaq. Araşdırmağa da borcludu. Çün ki, ARDNŞ-nin rəhbəri olaraq ARDNŞ-nin invertarına verilməli olan istənilən əmlaka birbaşa məsul odur. Əgər İqor Kirdoda bu ölkənin əmlakını Azərbaycandan çıxardılmasına şərait yaradırsa, ancaq və ancaq oğlu İvan Kirdoda üçün pulların qazandırılmasına başı qarışıbsa.deməli Rövnəq Abdullayev cənabları bu ölkənin əmlakına əl uzadanların əllərini kəsməlidir. UPA-1,UPA-2 qurğusundan isə xəbər yoxdu. Sanki yer yarılıb yerin altına girib.

Araşdırmamız zamanı UPA-1, UPA-2 qurğusuna bir başa cavabdeh şəxr Nəqliyyat şöbəsinin rəhbəri Adil Bəylərov olsa da, bir il öncə "Qarasu"Əməliyyat Şirkətinin Nəqliyyatın Təminatı şöbəsinin menceri Arif Alışovun əli ilə "Qarasu"Əməliyyat Şirkətindən nəməlum istiqamətdə çıxarılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net