Yəhudi əsgərlər Qəzzada yaşadıqları cəhənnəmi belə xatırladı
Tarix: 1-04-2015, 10:29 | Çap et
Yəhudi əsgərlər Qəzzada yaşadıqları cəhənnəmi belə xatırladı
Vertikal.az-ın Türk mediasına istinadən verdiyi xəbərə görə, İsrail əsgərləri ötən yay Qəzza müharibəsi zamanı, Beyt Hanun adlanan ərazidə "Qəssam" briqadaları ilə sionist rejimin "Nahal" Birliyi arasındakı şiddətli qarşıdurmalarda yaşanan qorxunc dəqiqələri dilə gətiriblər. Ötən həftə İsraildə medal təltif olunma zamanı bir qrup İsrail əsgəri xatirələrini danışarkən "17 dəqiqəlik bir cəhənnəm" yaşadıqlarını, olduqları 3 evə 18 HƏMAS əsgəri tərəfindən intensiv atəş açıldığını, nəticədə 2 nəfərin öldüyünü və yaralıların olduğunu etiraf ediblər. Çıxış edən ilk İsrail əsgəri bunları dedi: "25 iyul cümə günü Beyt Hanunda 3 evə bölünmüşdük. Hamımız "Nahal" briqadasından idik və ümumilikdə 70 nəfər əsgər vardı. Bir anda şiddətli partlayış səsi eşitdik və içində olduğum evin qapısı yerindən çıxıb iki əsgərin üzərinə düşdü. Ardından hər tərəfdən bizə atəş açmağa başladılar. Hər yer toz dumana büründü". Gilad Pasternak adlı bir komandir isə hücumu belə xatırladı: "Beyt Harundakı küçələrdən birindəydik. "Yahalom" briqadasının əsgərləri küçələrdə basdırılmış olan partlayıcıları təsbit etmək üçün silsilə partlayışlar planlaşdırılmışdı. Plan həyata keçməzdən bir neçə saniyə öncə üzərimizə raket atəşləri açıldı və nəticədə 4 əsgərimiz yaralandı. Qal Besson adlı əsgərimiz isə elə oradaca həyatını itirdi". Bir başqa əsgər isə "Hücum 17 dəqiqə oldu. Bu müddət ərzində döyüşçülər ("Qəssam" briqadası) olduğumuz bölgəyə doğru irəliləməyi və bizə bomba atmağı bacardılar. Hava müdafiəsi və tanklar dövrəyə girmədən də atəşi kəsmədilər. Nəticədə 2 əsgər həyatını itirdi, 10 əsgər isə yaralandı", -deyə etiraf etdi. Tədbirdə keçmiş Baş Qərargah rəisi və çox sayda komandir "Qəssam" briqadasına mənsub olan döyüşçülərin çox cəsur olduqlarını da etiraf etdilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net