“Boyu çox hündür olan kişiləri o qədər də bəyənmirəm”
Müğənni Türkan Vəlizadə meyxanaçı Namiq Qaraçuxurlunu görünüşcə bəyənmədiyini deyib.
Vertikal.Az xəbər verir ki, “ATV”də yayımlanan “Rəngarəng” verilişində qonaq olan Türkan aparıcı Zaur Nəbioğlunun “Namiq Qaraçuxurlu görünüşündə kişi ilə ailə qurarsanmı?” sualını belə cavablayıb:
“Boyu çox hündür olan kişiləri o qədər də bəyənmirəm. Boyunun hündür olmasını nə edirəm? Ürəyi geniş olsun. Ailə qursam, müəyyən seçmə toylara gedəcəyəm, efirlərdə çox olmayacağam. Bilirəm, qarşıma elə insan çıxacaq, hətta deyəcək ki, bu sənətdən get. Bunu artıq hiss edirəm. Çalışacam ki, onu yola gətirim, ortaq məxrəcə gələk. Musiqiçi və müğənnidən evlilik təklifi alsam, qəbul edə bilərəm. Məni doğrudan da sevsə, xasiyyətimiz uyğun gəlsə, niyə də təklifini qəbul etməyim? Ətrafımdakılar da bilirlər ki, kişidə gözəlliyə önəm verən deyiləm. Kimin üçünsə gözəl olmayan birini mən sevsəm, o da məni sevsə, sevgisinə görə onu sevə bilərəm”.