
Nigeriyada keçirilən prezident seçkilərində ölkənin keçmiş hərbi rəhbəri Muhammadu Buhari qalib gəlib.
Beləliklə o, Nigeriya tarixində seçkini udan ilk müxalifət nümayəndəsi olub.
Onun partiyası bəyan edib ki, rəqib namizəd – hazırkı prezident Goodluck Jonathan məğlubiyyətini qəbul edib.
General Buhari cənab Jonathandan 2 milyon çox səs toplayıb.
Buharinin Mütərəqqi Konqres Partiyası Goodluck Jonathanı siyasi iradəsinə görə təqdir edib.
Bir çox seçicilər inanırlar ki, general Buhari Boko Haram ekstremistlərinə qarşı daha səmərəli mübarizə aparacaq.