Daha bir təyyarə qəzası: çox sayda yaralı var VİDEO
Tarix: 30-03-2015, 09:09 | Çap et
Daha bir təyyarə qəzası: çox sayda yaralı var VİDEO
Kanadada “Air Canada” aviaşirkətinə aid sərnişin təyyarəsi dəhşətli qəza təhlükəsi ilə üzləşib.

ANS PRESS-in məlumatına görə, paytaxt Torontodan Halifaks əyalətinə uçan təyyarənin şassiləri açılmayıb.

“Airbus-A320” tipli 132 sərnişini və 6 uçuş heyəti olan təyyarə hava limanına gövdəsi üzərinə enmək məcburiyyətində qalıb.

Qarın üzərinə enən təyyarə bir müddət yerdə sürüklənib. Hava limanına çox sayda yanğınsöndürmə briqadası və təcili yardım cəlb olunub.

Halifaks hava limanının rəsmiləri yaralılardan 18 nəfərin ambulator müayinədən sonra evə buraxıldığını, digər yaralılardan heç birinin isə həyati təhlükəsi olmadığını deyib.

Bəzi sərnişinlər təyyarənin enmədən əvvəl 0.30 saat hava limanının üzərində dövrə vurduğunu deyib.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net