Ötən gecə Rusiyanın hava hücumundan müdafiə qüvvələri ölkə ərazisi üzərində ümumilikdə 193 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub və ya zərərsizləşdirib.
Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, məhv edilən dronlardan 40-ı Moskva vilayəti üzərində vurulub.
Hücumlar nəticəsində dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib.




