Ana Sayfa > Dünya > Rusiya üzərində 193 Ukrayna PUA-sı vurulub
Rusiya üzərində 193 Ukrayna PUA-sı vurulubBu gün, 10:29. Yazar: admin |
|
Ötən gecə Rusiyanın hava hücumundan müdafiə qüvvələri ölkə ərazisi üzərində ümumilikdə 193 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub və ya zərərsizləşdirib. Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən açıqlamada bildirilib ki, məhv edilən dronlardan 40-ı Moskva vilayəti üzərində vurulub. Hücumlar nəticəsində dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib. Geri dön |