ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmür.
Bunu MKİ direktoru Uilyam Börns Aspen İnstitutunun təşkil etdiyi təhlükəsizlik forumunda deyib.
ABŞ-nin bunu çox yaxından izlədiyini qeyd edən Börns, eyni zamanda nüvə silahlarının işə keçməsinin ağılsızlıq və məsuliyyətsizlik olduğunu bildirib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2022-ci il sentyabrın sonunda Rusiyanın nüvə silahından istifadə edə biləcəyi bütün vəziyyətləri onun hərbi doktrinasında aydın şəkildə göstərildiyini deyib.
Mənbə: TASS