Ana Sayfa > Dünya > ABŞ Rusiyanın nüvə silahından istifadəyə hazırlığının əlamətlərini görmür
ABŞ Rusiyanın nüvə silahından istifadəyə hazırlığının əlamətlərini görmür22-07-2023, 10:42. Yazar: admin |
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmür. Bunu MKİ direktoru Uilyam Börns Aspen İnstitutunun təşkil etdiyi təhlükəsizlik forumunda deyib. ABŞ-nin bunu çox yaxından izlədiyini qeyd edən Börns, eyni zamanda nüvə silahlarının işə keçməsinin ağılsızlıq və məsuliyyətsizlik olduğunu bildirib. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2022-ci il sentyabrın sonunda Rusiyanın nüvə silahından istifadə edə biləcəyi bütün vəziyyətləri onun hərbi doktrinasında aydın şəkildə göstərildiyini deyib. Mənbə: TASS Geri dön |