İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
Tarix: 4-06-2023, 11:17 | Çap et
İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər

İran, Səudiyyə Ərəbistanı, Pakistan və digər region ölkələri Hind okeanının şimal akvatoriyasında dəniz təhlükəsizliyini təmin etmək üçün koalisiya yaratmaq niyyətindədirlər.

Bu açıqlama ilə İran Hərbi Dəniz Qüvvələrinin rəhbəri kontr-admiral Şəhram İrani çıxış edib.

O xatırladıb ki, İran və Oman keçmişdə bir neçə müştərək dəniz təlimi keçiriblər.

“Həmçinin Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və İraq da dənizdə əməkdaşlıq etməyə hazırdır”, - deyə kontr-admiral vurğulayıb.

Mənbə: Mehr




Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net